EN

Ötən il Naxçıvan MR-in iqtisadiyyatında hansı nəticələr əldə olunub?

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlıinkişafının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərmüsbət nəticələrə gətirib çıxarıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən il NaxçıvanMuxtar Respublikasında ÜDM 2023-cü illə müqayisədə 3,1% artıb.

Məlumata əsasən, Muxtar Respublikanın xərclərinin ödənilməsindəyerli gəlirlərin xüsusi çəkisi 2022-ci ildə 30%, 2023-cü ildə 38%,2024-cü ildə isə 57% təşkil edib. Ümumilikdə, ötən il muxtarrespublikanın yerli gəlirlərinin 87,5%-i İqtisadiyyat Nazirliyininxətti ilə daxilolmalardan formalaşıb.

Son illərdə aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləməalətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinininkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə verginəzarəti tədbirləri minimuma endirilib.

Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıqsubyektləri tərəfindən vergi sahəsində könüllü əməletməsəviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmətmərkəzləri istifadəyə verilib. Həyata keçirilmiş tədbirlərnəticəsində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsindəkönüllü əməletmə səviyyəsi 2024-cü ildə 99,1%, könüllü bəyanetməisə 99,5% təşkil edib.

Beləliklə, muxtar respublikada vergi sisteminintəkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergidaxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. 2024-cü ildəNaxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37,6%artaraq 226,6 milyon manat təşkil edib. Bu, proqnoz göstəricilərləmüqayisədə 30,2% çoxdur.

2024-cü ildə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 71,4%artaraq 21 778, ƏDV ödəyicilərinin sayı 87,1% artaraq 709 olub.

2024-cü ildə muxtar respublikada vergi ödəyiciləri elektronqeydiyyat sisteminə üstünlük verib və dövlət qeydiyyatına düşən 241kommersiya hüquqi şəxsin 83%-i elektron qaydada qeydiyyataalınıb.

Ötən iki il ərzində Naxçıvanda 3200-ə yaxın onlayn nəzarət-kassaaparatı, 2.200 dən çox POS-terminal quraşdırılıb. 2024-cü ildənağdsız əməliyyatlar üzrə dövriyyə 66,2% artaraq 1 mlrd. manatdançox, o cümlədən POS-terminallar üzrə dövriyyə 38,8% artaraq 112milyon manat olub.

2024-cü il ərzində istehlakçılara “ƏDV geri al” layihəsiçərçivəsində 1,4 milyon manat vəsait qaytarılıb ki, bu da 2023-cüilə nisbətən 68% çoxdur.

Görülən işlər nəticəsində sosial daxilolmalarda da mühümirəliləyişlər əldə edilib. Məcburi dövlət sosial sığortadaxilolmaları 9,7% artaraq 162 milyon manat, qeyri-dövlət sektoruüzrə daxilolmalar 15,8% artaraq 25,4 milyon manat, işsizlikdənsığorta fonduna daxilolmalar 11,4% artaraq 4,4 milyon manat, icbaritibbi sığorta daxilolmaları 18,9% artaraq 28,9 milyon manat təşkiledib.

Bildirilib ki, ölkənin əmək bazarında şəffaflaşmanın artım vəinkişafa önəmli təsirləri var. Muxtar respublikada əmək bazarınınağardılması məqsədilə reallaşdırılan tədbirlər nəticəsindəqeyri-dövlət sektoru üzrə aktiv əmək müqavilələrinin sayı 3,6 dəfəartaraq 11 038 olub.

"Aparılan islahatlar nəticəsində dövlət əmlakının idarə edilməsivə özəlləşdirmə proqramlarının reallaşdırılması prosesioptimallaşdırılıb. Bunun nəticəsidir ki, muxtar respublikada dövlətəmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5%, dövlət əmlakınınicarəsindən daxilolmalar 87,6%, hərraclarda kiçik dövlətmüəssisələrinin və qeyri-yaşayış sahələrinin satışındandaxilolmalar 13 dəfə artıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏmlakMəsələləri Dövlət Xidməti tərəfindən göstərilən bütün növ elektronxidmətlərin muxtar respublikada tətbiqinə başlanılıb. 2024-cü ilərzində elektron xidmətlərdən daxil olmuş müraciətlərin sayı2023-cü illə müqayisdə 4,8 dəfə artaraq 6 500-ə çatıb.

Sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi,biznes nümayəndələrinin idarəetmə bacarıqlarının artırılması,güzəştli kreditlərin verilməsi istiqamətində tədbirlər davametdirilir. Ötən il muxtar respublikada Sahibkarlığın İnkişafı Fonduüzrə problemli kreditlərin məbləği 3,1 dəfə azalıb.

Qeyd edilən göstəricilər ötən il ərzində Naxçıvan MuxtarRespublikasında sosial-iqtisadi sahədə irəliləyişləri və davamlıinkişaf meyillərini, əlverişli biznes mühitini, vergi sisteminineffektivliyini əks etdirir", - deyə məlumatda qeyd olunub.

Chosen
125
2
az.trend.az

3Sources