Baş Dövlət Yol Polisi İdarəsinin səfərə çıxan sürücülərə müraciət edib.
İdarədən Publika.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, səfərə çıxan sürücülərə müraciət edərək, yol bərəkəti təhlükəsizliyinə diqqət yetirmələri və qaydalara riayət etmələri ilə bağlı bir neçə mühüm məqamı xatırladır:
"Yol şəraitinə uyğun sürət seçin - havanın və yolun vəziyyətindən asılı olaraq sürət həddinə riayət edin. Hətta normalda təhlükəsiz olan sürət, əlverişsiz hava şəraitində və ya intensivlik çox olan yolda riskli ola bilər.
Yolda diqqətli olun - səfər zamanı diqqətinizi cəmləyin və hər zaman ehtiyatlı sürüş edin. Telefon istifadəsi, yorğunluq və ya digər səbəblər diqqəti yayındırır və qəza riskini artırır.
Təhlükəsizlik kəmərlərini bağlayın - hər bir sərnişin üçün təhlükəsizlik kəmərinin bağlanması vacibdir. Bu, həm sürücünün, həm də sərnişinlərin həyatını qorumağa kömək edir.