EN

Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində olub

Qvineya-Bisaunun Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrindən birini ziyarət edib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə təntənəli qarşılanma mərasimi olub.

Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxış keçirilib və hərbi qulluqçuların idman hazırlığı izlənilib.

Qonaqlar hərbi hissənin ərazisindəki qapalı atış şəhərciyi, əsgər yataqxanası, silah otağı, əşya anbarı, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya gələrək burada yaradılan şəraitlə tanış olublar.

Həmçinin hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.

Hərbi hissədə Müdafiə Sənayesi Nazirliyinin, həmçinin “RTX” və “Improtex” şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgi nümayiş olunub.

Daha sonra nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib. Qvineya-Bisau nümayəndə heyətinə onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

52001297726c3fa78435b92da9680e90

7c4c99115155d3089d72db40b4bbe753

77c471a288340e1f0f1f07fc44a530c8

3a54c5c01accb3226c1548a851bb5faa

2d894dca71b5b9d1110f697877a33e2c

3edc6090cc68113c8af1142aa5eb8933

40c7e7f0fdc107ab34668e3a80a8082b

8772730f513badf75445ce5527bf837c

337638e051d16260dbd1ac148cdedcbb

87363a059a201844f023047c8a85dfa7

16362a92f57f1afb47e1ff93ae11963a

2682fb168fce9f6577872a4122c26505

b9db7a7dbd6afa4f8afa8dbac32a4cec

bedd6263e80d526c460eeb0efb254536

c350c5f835608ce2f2d250144808046b

d2c80b9f6d8ab5d7eedf51422c789b90

e28b2cacc22e4b28d2798174ad05b8e9

ed24b3fd5fc1ee28d1ae29ea3845d283

39b82b675608b4e036553d7b1d21c6f9

3fca06f0dba9c3e34eb2f0c649fd3261

0d499d616e00ed2d17f85c0de72d29e6

Chosen
322
30
poliqon.az

10Sources