Nəzərdə tutulan tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
Bir müddət əvvəl bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb.
Özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir: "Bu fondların fəaliyyəti pensiya yaşına çatmış şəxslərin sosial təminatının gücləndirilməsi üçün böyük rol oynayır".
O deyib ki, özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir müzakirə olunur.
"Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məsələ ilə bağlı, 20-dən artıq qanunvericilik aktlarının uzlaşdırılması işlərinin getdiyini söyləyib. Yəni, bu istiqamətdə qanun bazaları yaradılır. Bu fondlar vətəndaşlara həm dövlət, həm özəl pensiya fondlarında yığım imkanı bəxş edir. Əsas üstünlük isə fond ilə əməkdaşlıq və ödəniş edən vətəndaşlara pensiya yaşı tamam olduqda, 2 mənbədən pensiya almalarına şərait yaradır. Bu da məbləğlərin artmasına gətirib çıxarır".
10Sources
-
demokrat.azBu halda pensiyalar yüksək məbləğdə arta bilər ( 15766681)
-
titul.azŞAD XƏBƏR! - Pensiyalar yüksək məbləğdə ARTA BİLƏR ( 15752409)
-
tribunainfo.azŞAD XƏBƏR – Bu halda pensiyalar yüksək məbləğdə arta bilər ( 15743237)
-
sitat.infoŞAD XƏBƏR - Bu halda pensiyalar yüksək məbləğdə arta bilər ( 15743091)
-
veteninfo.azŞAD XƏBƏR – Bu halda pensiyalar yüksək məbləğdə arta bilər ( 15742563)
-
apress.azÖzəl fondların yaradılması ilə pensiyalar da artacaq ( 15742109)
-
ictimairey.azŞAD XƏBƏR – Bu halda pensiyalar yüksək məbləğdə arta bilər ( 15740957)
-
turkustan.azBu halda pensiyalar yüksək məbləğdə arta bilər - ŞAD XƏBƏR ( 15740517)
-
news24.azÖzəl fondların yaradılması ilə pensiyalar da artacaq ( 15735843)
-
pravda.azŞAD XƏBƏR - Bu halda pensiyalar yüksək məbləğdə arta bilər ( 15739695)