EN

Zelenskinin təyyarəsi Londona uçub

Ukrayna lideri Volodimir Zelenskinin təyyarəsi dünən axşam Ağ Evdə amerikalı həmkarı Donald Trampla qalmaqallı görüşdən sonra Londona uçub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sabah Böyük Britaniyada Zelenskinin iştirakı ilə Ukraynanın təhlükəsizliyinin təminatlarına dair Avropa liderlərinin görüşü keçiriləcək.

Ağ Evdəki görüşdən sonra Böyük Britaniyanın baş naziri Key Starmer Tramp və Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Bizim.Media

Chosen
126
2
bizim.media

4Sources