EN

Azərbaycan üzvi kimyəvi birləşmələr ixracından 11,1 milyon dollar gəlir əldə edib

Bakı. Trend:

Bu ilin yanvarında Azərbaycandan 11,1 milyon ABŞ dollarıdəyərində 35 min ton üzvi kimyəvi birləşmələr ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 3,8 milyon ABŞ dolları və ya 52,4%çoxdur.

Hesabat ayında sözügedən məmulatların ixracı ölkənin ümumiixracında 0,37% paya sahib olub.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Chosen
100
1
az.trend.az

3Sources