EN

Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik... (TƏHLİL)

“Müqavilənin imzalanmasına mane olan əsas amil  həddindən artıq geosiyasi qeyri-müəyyənliklə bağlıdır. Bakı beynəlxalq arenada hadisələrin inkişafını nəzərə alaraq fasilə verib.

Armine Martirosyan “jam-news.net” saytında belə yazır. Məncə də geosiyasi qeyri-müəyyənlik Ermənistan-Azərbaycan danışıqlarına birbaşa təsir edir. Məsələn, D. Tramp və onun administrasiyası hələki Ermənistan-Azərbaycan danışıqları barədə ortaya konkret mövqe qoymayıb.  

Azərbaycan tərəfi haqlı olaraq güman edir ki, D.Tramp bu məsələdə Azərbaycanın maraqlarının təmin olunmasına daha çox üstünlük verəcək. Ən azı ona görə ki, Amerikadakı prezident seçkisinin ən qızğın çağında İlham Əliyev D.Trampa açıq və birmənalı şəkildə dəstək verib. O da bəllidir ki, 44 günlük müharibə məhz D.Trampın birinci prezidentliyi dönəminin sonuna təsadüf etdi. Və D.Tramp II Qarabağ Müharibəsinin gedişinə qətiyyən müdaxilə etmədi. Bu dəfə də belə ola bilərmi?

Hər halda bu ehtimal son dərəcə yüksəkdir. Belə olduqda isə Azərbaycan Ermənistan qarşısında olan üstünlükləri sülh müqaviləsində inikas etdirə bilər...

Elbəyi Həsənli. Sürix

MİA.AZ

Chosen
58
4
mia.az

5Sources