Filippin sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 6,3 min nəfər əhalisi olan Taqo şəhərindən 44 km şərqdə, ocağı isə 31 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.