EN

"Azərlotereya"nın vəzifəli şəxsi erməni bayrağı paylaşıb - Foto



Xəbər verdiyimiz kimi, "Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmen vaxtı ilə, daha dəqiqi,2017-ci iləd prezident Ərdoğana qarşı Türkiyədə “Hayır” ("Yox") kampaniyasını dəstəkləyənlərdən olub.

O, bu barədə 2017-ci ildə sosial şəbəkədə "Hayır" sözü yazılmış fotosunu profil fotosu edib.

Reyting.az 32gün.az-a istinadla xəbər verir ki, bu gün isə diqqətçəkən məqam"Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmenin Instagram"dakı hesabında erməni bayrağı paylaşmasıdır.

Belə ki, E.Türkmən "Been to:" yazaraq getmiş olduğu ölkələrin bayraqlarını paylaşıb. "Bio" deyilen hissədə yazılan qeyddən belə anlamaq olur ki, o, Azərbaycandan sonra Ermənistana yollanıb.

Həmin fotonu təqdim edirik:
Chosen
158
2
reyting.az

10Sources