“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklər hərbiçilərimizin pensiya məbləğlərində artımlara səbəb olacaqmı?
İqtisadiçə deputat Vüqar Bayramov bu barədə sualların cavabları cavablandırıb.
- Dəyişikliklər hərbiçilərin pensiya məbləğinə necə təsir göstərəcək?
- Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək.
- Hərbiçilərin pensiyaya çıxma müddəti neçə il olacaq?
- Qanun layihəsində hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur.
- Hərbiçi indiyədək 17 və ya 19 il xidmət göstəribsə bu dəyişikliklər onun 25 il deyil, 20 ildən sonra pensiyaya çıxmağına imkan verəcəkmı?
- Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbiçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbiçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə qanun buna imkan yaradacaq. Bu zaman hərbiçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir.
