Ukrayna və Avropa İttifaqı kollektiv təhlükəsizlik zəmanətləri üzrə məsləhətləşmələrin birinci raundunu keçirib. Tədbirdə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini İqor Jovkva və Aİ diplomatiyası rəhbərinin müavini Çarlz Frise iştirak ediblər.
APA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Məsləhətləşmələr zamanı iştirakçılar təhlükəsizlik və müdafiə sahələrinə diqqət yetirməklə, Aİ-nin gələcək təhlükəsizlik zəmanətlərinə yanaşmalar barədə fikir mübadiləsi aparıblar.