Dekabrın 5-nə keçən gecə İsrail Müdafiə Qüvvələrinin (İMQ) qırıcıları Livandan atılan atəşə cavab olaraq Hizbullah mövqelərinə hücum edib. Bizimyol.info xəbər verir ki, İsrail mətbuatının yazdığına görə, terror təşkilatının buraxılış meydançaları, eləcə də digər terror infrastrukturu məhv edilib. “Bundan əlavə, Livandan İsrailin şimalındakı Zarit bölgəsinə atılan raket zərbələrinə cavab olaraq, İsrail Müdafiə Qüvvələri atəş nöqtələrinə zərbələr endirib. Təhdidi aradan qaldırmaq üçün İMQ Livanda bir neçə başqa hədəfə də zərbələr endirib”, - deyə hərbçilər bildiriblər. מטוסי קרב של חיל האוויר תקפו לפני זמן קצר עמדות שיגור, תשתית טרור ומבנה צבאי של ארגון הטרור חיזבאללה בשטח לבנון בתגובה לשיגורים לעבר שטח מדינת ישראל אמש >> pic.twitter.com/CRNNzo3kb1 — צבא ההגנה לישראל (@idfonline) December 5, 2023