AĞCİYƏRLƏR XIRÇILDAYIR
Həkimlər yeniyetməyə müasir dünyanın yeni xəstəliyi olan “Vaper” və ya “Popkorn” xəstəliyi (EVALI) diaqnozunu qoyub. Rusiyanın Tomsk vilayətində aşkarlanan xəstəlik haqqında Rospotrebnadzor məlumat yayıb.
EVALI – elektron siqaretin səbəb olduğu qeyri-infeksion ağciyər xəstəliyidir. Bronxiollara təsir edir və tənəffüs orqanlarının daralması, iltihabı şəklində özünü göstərir. EVALI popkorn fabriki işçilərinin xəstəliyi – bronxiolitis obliterans ilə oxşarlığına görə “popkorn xəstəliyi” ləqəbini almışdır. Bundan əlavə xəstəlik ağciyərlərdən popkorn yeyərkən gələn xırıltılı səsləri eşidildiyi də deyilir.