AFFA İntizam Komitəsi II Liqada çıxış edən bir neçə klubu cərimələyib.
Â
Buna çempionatın XVIII turunda yaşananlar səbəb olub.
Â
"Ağdaş" komandası "Sheki City" ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, 90+3-cü dəqiqədə Ülvi Sarıyevin ikinci sarı vərəqəni alaraq (bir matçlıq cəza) meydandan qovulduğuna görə 50 manat, azarkeşlər tərəfindən meydana kənar əşyalar atıldığı üçün 80 manat ziyana düşüb.
Â
"Şəmkir"in dörd futbolçusu "Şəfa" ilə qarşılaşmada sarı vərəqə görüb, kluba 70 manat cərimə tətbiq edilib. Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğundan "Şəfa" 80 manat da ödəməli olacaq.
Â
"Kür-Araz" "Füzuli" ilə matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat, komandanın altı oyunçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.
Â
"Füzuli" isə dörd oyunçusunun sarı vərəqə görməsi ucbatından 70, adı matçın protokolunda olmayan Vasif İsmayılov texniki zonada olmasına görə 80 manat ödəyəcək.