EN

Maskdan ŞOK ÇAĞIRIŞ: "Amerika adlanan gəmi batacaq"

"Amerika adlanan gəmi ABŞ hökumətinin fəaliyyətində inqilab baş verməsə, batacaq".

Publika.az xəbər verir ki, bu barədə amerikalı milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask "Fox News"a müsahibəsində bildirib.

"Bu, inqilabdır. Bu, İnqilabın özündən bəri hökumətdə bəlkə də ən böyük inqilabdır. "Bu işin sonunda Amerika daha yaxşı vəziyyətdə olacaq", - Mask Amerika hökumətindəki hazırkı islahatları şərh edib.

DOGE rəhbərinin fikrincə, əks halda islahatlar həyata keçirilməsə, o zaman Amerikanı acınacaqlı aqibət gözləyir.

İlon Mask Rusiya-Ukrayna münaqişəsinə də münasibət bildirib və bunun sülh razılaşması ilə bitəcəyinə əminliyini bildirib.

Chosen
166
22
publika.az

10Sources