Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib.
Â
Pravda.az xəbər verir ki, bu barədə "Teleqraf"a onun yaxınları məlumat verib.
Â
Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən martın 28-də dünyasını dəyişib.
Â

Â
Mərhum kənd qəbiristanlığında dəfn olunub.
Â
Qeyd edək ki, V.Talıbov bu il bələdiyyə sədri seçilmişdi. O, əvvəllər "Cəlilabad-Şərab-9" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi olub, daha əvvəllər isə kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb.
Â
Xatırladaq ki, Günəşli kənd bələdiyyəsinin bundan əvvəlki sədri Fəxrəddin Cəfərov da ötən ilin noyabrında xəstəlikdən vəfat edib.