\"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional \"3+3” platforması getdikcə daha perspektivli olur”.
AZXEBER.COM-un Report-a istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə deyib.
\"Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə \"3+3” regional platformasının formalaşdırılması təşəbbüsü artıq formalaşır, bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - o qeyd edib.