Bu gün Azərbaycanda Ramazan ayının sonuncu günüdür. Martın 30-31-i ölkəmizdə Ramazan bayramı qeyd ediləcək.
Demokrat.az-ın məlumatına görə, bu gün imsak saat 05:02-də olub, iftar isə 19:19-da açılacaq.
Bu da 14 saat 17 dəqiqəlik oruc deməkdir.
Qeyd edək ki, dünyanın müxtəlif bölgələrində günəşin doğuş və batış vaxtları fərqli olduğundan, imsak və iftar vaxtları arasında müddət də ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir.
Åžimal qütbünÉ™ yaxın yerləşən ReykyavikdÉ™ günəşin batma vÉ™ çıxma vaxtları arasında böyük fÉ™rqlÉ™r olur. 2025-ci ilin mart ayında burada oruc müddÉ™ti tÉ™xminÉ™n 16-17 saat arasında dÉ™yiÅŸÉ™cÉ™k.Â
Şimal Avropada yerləşən Osloda da ruc tutanlar üçün günlər uzundur. Mart ayında oruc müddəti təxminən 15-16 saat olacaq.
Keyptaun, Cənubi Afrika: Cənub yarımkürəsində yerləşən Keyptaunda mart ayında günlər daha qısadır. Burada oruc müddəti təxminən 11-12 saat arasında olacaq. Cənubi Amerikanın cənubunda yerləşən Buenos Ayresdə də oruc müddəti nisbətən qısadır. Mart ayında burada müsəlmanlar təxminən 12-13 saat oruc tutacaqlar.