Bolqarıstanın 20 şəhərində heyvanların müdafiəsi ilə bağlı kütləvi aksiyalar keçirilib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Etirazlara səbəb iki Bolqarıstan vətəndaşının saxlanılması olub. Onlar bir neçə il ərzində heyvanların işgəncəyə məruz qalmasını, öldürülməsini lentə alıblar və video-rolikləri 50-700 avroya satıblar.