İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin qurucusu İlon Mask “Starlink” peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı paylaşım edib.
Mask “Starlink”in qlobal peyk rabitə sisteminin xidmətlərinin Azərbaycanda aktivləşdiyini təsdiqləyib.