Almaniyanın xarici işlər naziri Annalena Berbok Moldovaya səfər edəcək.
APA “moldovalibera.md”yə istinadən xəbər verir ki, səfər aprelin 2-də baş tutacaq.
Bununla əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək, bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.