EN

"Bakı Metropoliteni"ndə yeni rəis

Cəmilə Hidayət qızı Xəlilova "Bakı Metropoliteni" QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyin edilib.

 

Cəmilə Xəlilova 1984-cü ildə anadan olub. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2005-2007-ci illərdə isə magistr dərəcəsi alıb. 2019-2024-cü illərdə təhsilini Böyük Britaniyanın "Chartered Institute of Professional Development"də (CIPD) davam etdirib və strateji insan resursları sahəsində iki diplom əldə edib.

 

2005-2017-ci illərdə bir sıra şirkətlərdə hüquq və insan resursları sahəsində müxtəlif vəzifələri icra edib, 2017-2023-cü illərdə "Nobel Energy" şirkətlər qrupuna daxil olan "Prokon EPC" şirkətində İnsan resursları departamentinin direktoru, 2023-cü ildən etibarən "SOCAR AQS" MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsində çalışıb.

 

Hazırda "Selinus University of Sciences"də insan idarəedilməsi sahəsi üzrə doktorantura təhsili alır və CİPD İnstitutunun "Fellow Chartered" üzvüdür.

Tarix: 3 Aprel 2025, 15:29   
Chosen
244
38
pravda.az

10Sources