EN

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları keçiriləcək

Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçiriləcək.

Finss.az xəbər verir ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcək.

Toplantı açılış sessiyasından sonra NazirlÉ™r sessiyası, “CÉ™nub Qaz DÉ™hlizi sessiyası: CÉ™nub Qaz DÉ™hlizinin uÄŸurlu istismarı, inkiÅŸafında tÉ™rÉ™qqi vÉ™ növbÉ™ti addımlar” vÉ™ “Yaşıl enerji layihÉ™lÉ™ri vÉ™ yaşıl enerji dÉ™hlizlÉ™ri” üzrÉ™ plenar sessiyalarla davam edÉ™cÉ™k.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə 2-ci Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında Dənizdə külək enerjisinin inkişafı üzrə Dəyirmi Masa keçiriləcək.

Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlərin imzalanması nəzərdə tutulur.

Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

Fuad Mədətov
Finss.az

Chosen
170
22
fins.az

10Sources