EN

Goranboyda valideyn müəllimi bıçaqladı

Goranboyda valideyin məktəbdə müəllimə kəsici ailətlə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasınada qeydə alınıb. Kənd sakini 25 yaşlı Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasına daxil olaraq əlindəki bıçaqla məktəbin  müəlliminin əlinə xəsarət yetirib. Həmçinin Ə.Rzayeva şagirdlərə də xəsarət yetirməyə cəhd edib.

DİN Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
157
7
unikal.az

7Sources