EN

Türkiyə ilə Körfəz ölkələri arasında ticarət dövriyyəsi 23 milyard dollara çatıb

Türkiyə

İstanbul, 5 dekabr, AZƏRTAC

Türkiyə ilə Körfəz ölkələri arasında ticarət dövriyyəsi son 20 ildə 13 dəfə artaraq ötən il 23 milyard ABŞ dollarına çatıb. Türkiyə-Körfəz Əməkdaşlıq Şurası Azad Ticarət Sazişi üzrə danışıqların yenidən başlaması və müqavilənin tezliklə qüvvəyə minməsi ticarətimizi daha da artıracaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qətərdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz Əməkdaşlıq Şurasının 44-cü Zirvə Toplantısında çıxışı zamanı ifadə edib.

Körfəz bölgəsini Türkiyə üzərindən Avropaya bağlayan nəqliyyat layihələrinə böyük əhəmiyyət verdiklərini deyən Prezident Ərdoğan bu layihələrin enerji əməkdaşlığı ilə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, ölkəsinin beynəlxalq investorlar üçün təhlükəsiz sığınacaq statusunu qoruyub saxladığını bildirib.

İsrail-Fələstin münaqişəsinə toxunan Türkiyə Prezidenti Qətərin Qəzzada əldə olunan qısamüddətli humanitar atəşkəs və əsirlərin mübadiləsi istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Chosen
813
30
azertag.az

10Sources