EN

Ötən ay nöqsanlar aşkarlanan tibb müəssisələrinin sayı açıqlandı

Bakı. Trend:

2025-ci ilin mart ayı ərzində 16 tibb müəssisəsində yoxlamalarkeçirilib, onlardan 10-da nöqsanlar aşkar edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Analitik EkspertizaMərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar İnzibati Xətalar məcəlləsinin210.1-ci maddəsi üzrə 7, 215.4-cü maddəsi üzrə 2, 215.1-ci və215.4-cü maddələri üzrə 1 protokol tərtib edilib.

"Aparılan yoxlamalardan 3-ü stomatoloji xidmət ilə əlaqədar olubki, onlardan 2-də aşkar edilən nöqsanlara görə protokol (İXM 210.1)tərtib edilib.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrindəvə aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlıAEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20),[email protected]elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsiilə bizə müraciət edə bilərlər.

Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənaryoxlamanın keçirilməsi barədə qərar qəbul edilir",- deyə məlumatdaqeyd edilib.

Chosen
188
17
az.trend.az

10Sources