EN

Tramp: ABŞ və İran nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparır

“ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlayıb.”

 

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

 

Tramp həmçinin şənbə günü iki ölkə arasında yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib.

 

Qeyd edək ki, İran əvvəlcə dolayı müzakirələrə isti baxsa da, Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparmaq tələblərinə qarşı çıxmışdı.

 

Tramp isə öz növbəsində İranın nüvə proqramı ilə bağlı razılaşmanı hərbi qarşıdurmadan üstün tutacağını bildirib.

 

APA

Tarix: 8 Aprel 2025, 02:00   
Chosen
195
4
pravda.az

5Sources