Dünya ulduzu Madonna 20 illik ədavətdən sonra müğənni həmkarı Elton Con ilə barışdığını açıqlayıb.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Madonna şəxsi "instagram" hesabında məlumat verib.
Madonna şəxsi bloqunda Con ilə birgə fotosunu yerləşdirib.
O, sənətçi ilə "Saturday Night Live" şousunda səhnə arxasında görüşdüyünü və Elton Condan onun ünvanına səsləndirdiyi təhqirlərə görə üzr istədiyini deyib.
"Ondan üzr istədim və aramızdakı divar uçdu. Bağışlamaq güclü bir vasitədir. Bir neçə dəqiqə qucaqlaşdıq və düşmənçilik bitdi" deyə Madonna paylaşımında bildirib.
Madonnanın sözlərinə görə, Con hətta ona həsr olunmuş mahnı yazıb və onu əməkdaşlığa dəvət edib.
Xatırladaq ki, iki ulduz arasında É™davÉ™t 2004-cü ildə Elton Conun Madonnanın "Die Another Day" trekini sÉ™rt ÅŸÉ™kildÉ™ tÉ™nqid etmÉ™si ilÉ™ baÅŸlamışdı. O, kompozisiyanı "tarixdÉ™ki É™n pis mövzulu layihÉ™" adlandırmışdı.Â
Â