Aktual.az xəbər verir ki, İranın rəsmi mediası məlumatı təkzib edib.
"SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadəyə sui-qəsd edilməsi barədə xəbərlər şaiiədir və bu, ölkənin psixoloji atmosferində qorxu və pozuntu yaratmaq məqsədi daşıyır”, - SEPAH-a bağlı "Fars” agentliyi yazıb.
Agentlik Hacızadənin vəzifələrini icra etdiyini qeyd edib.