EN

İstanbulda Rusiya-ABŞ danışıqlarına kimlərin rəhbərlik edəcəyi məlum olub

Rusiya və ABŞ-ın XİN xətti ilə növbəti danışıqları aprelin 10-da İstanbulda keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, danışıqların ikinci mərhələsində Rusiya nümayəndə heyətinə ABŞ-dakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Sonata Koulter rəhbərlik edəcək.

Danışıqlar iki ölkənin səfirliklərinin işinin normallaşmasına həsr olunacaq.

Qeyd edək ki, daha əvvəl Rusiya-ABŞ məsləhətləşmələri 27 fevralda İstanbulda keçirilib.

Chosen
162
1
apa.az

2Sources