2025-ci ilin aprel ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464.906 vahid artaraq 1.866.821 təşkil edib.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436.770 vahid artaraq 976.692 olub.