EN

TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinin V iclası çərçivəsində işgüzar görüş və Qazaxıstanın bir sıra aparıcı tibb mərkəzləri ilə tanışlıq baş tutub (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının paytaxtındaTürk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrinsəhiyyə nazirlərinin V iclası keçirilir.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir çərçivəsində iştirakçılar Qazaxıstanınaparıcı tibb mərkəzləri olan Təcili Tibbi Yardım üzrə MilliKoordinasiya Mərkəzinin, Milli Elmi Onkologiya Mərkəzinin vəQazaxıstan Respublikası Prezidenti Administrasiyasının TibbMərkəzinin Xəstəxanasının fəaliyyəti ilə tanış olublar.

Görüşdə Təcili Tibbi Yardım üzrə Milli Əlaqələndirmə Mərkəzininfövqəladə hallar zamanı operativ cavab tədbirlərininəlaqələndirilməsi, sanaviasiya xidmətlərinin inkişafı, təcili tibbiyardımın monitorinqi, tibbi evakuasiya sahəsində müasirtexnologiyaların tətbiqi barədə məlumat verilib. Eyni zamanda,Milli Elmi Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikasıvə müalicəsinin qabaqcıl üsulları ilə tanınan Qazaxıstanın ən böyükixtisaslaşmış tibb mərkəzidir. Bundan əlavə, QazaxıstanRespublikası Prezidenti Administrasiyasının Tibb MərkəzininXəstəxanası dövlət qulluqçularına ixtisaslaşmış və yüksəktexnologiyalı tibbi yardım göstərən tibb müəssisəsidir.

TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclasıçərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə “MərkəziAsiya – Vərəmdən azad” təşəbbüsünün irəli sürülməsi” mövzusundasubregional görüş keçirilib. Tədbirdə Mərkəzi Asiya ölkələrindəvərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əldəolunan nailiyyətlər və mövcud problemlər barədə məlumatverilib.

Həmçinin tədbir çərçivəsində biznes tərəfdaşların iştirakı ilə“TDT ölkələrində səhiyyəyə investisiyaların cəlb edilməsi”mövzusunda işgüzar görüş keçirilib. Görüş zamanı səhiyyə sahəsindəmövcud vəziyyət və bu sektora investisiyaların cəlb edilməsi, ocümlədən Türk dövlətləri vətəndaşlarının həyat keyfiyyətinin vəsağlamlığının yaxşılaşdırılmasına yönəlmiş layihələrin birgə həyatakeçirilməsi yolları müzakirə edilib.

Daha sonra Qazaxıstanın Əczaçılıq və Tibbi Avadanlıq Sərgisi ilətanışlıq olub.

TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
TDT-nin
Məqalədə:
Chosen
278
2
az.trend.az

5Sources