EN

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Aprelin 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdəarabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərindəintensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdəarabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq.Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivolacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağıehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəziyerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti,dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.

Məqalədə:
Chosen
204
8
az.trend.az

6Sources