Bu ilin ilk üç ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 297 nəfər qəbul edilib.
Viral.az xəbər verir ki, bu barədə KTM-dən məlumat verilib.
Qeyd olunub ki, onlardan 11 nəfər botulizm zəhərlənməsi ilə şöbəyə qəbul edilən xəstələrdir. Şöbəyə qəbul edilən xəstələrin hər biri intensiv zəruri stasionar müalicə prosedurlarına cəlb edilib.
Son Yazılar:
- Kliniki Tibbi Mərkəzdə 13 nəfər zəhərlənmədən ÖLDÜ
- Avropada ən populyar avtomobillər – ADLAR
- “Azərişıq” nümayəndələri Sabirabadda görüş keçirdi
Həkimlərin səylərinə baxmayaraq, son üç ayda şöbəyə qəbul edilən xəstələrdən 13 nəfərin (11 kişi, 2 qadın) həyatını xilas etmək mümkün olmayıb.