EN

Tramp Səudiyyə Ərəbistanında Vladimir Putinlə görüşməsini istisna etməyib

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini istisna etməyib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, belə bir ehtimalı Tramp ABŞ prezidentinin may ayında getmək niyyətində olduğu Səudiyyə Ərəbistanında Rusiya prezidenti ilə görüşmək niyyəti ilə bağlı sualı cavablandırarkən dilə gətirib.

“Hansısa bir gün bu görüş baş tutacaq. Biz o nöqtəyə çatmalıyıq. Hələ baxaq görək nə olur”, deyə Tramp sualın cavabında bildirib.

Xatırladaq ki, Donald Trampın may ayında Səudiyyə Ərəbistanına səfəri onun ikinci prezidentlik müddətinin başlamasından bəri ilk xarici səfəri olacaq. Səfərin Fars körfəzi ölkələri ilə əlaqələri gücləndirmək və Yaxın Şərqdəki münaqişələrin həllini müzakirə etmək məqsədilə təşkil edildiyi vurğulanıb.

Qeyd edək ki, RusiyaABŞ nümayəndə heyətlərinin növbəti görüşünün aprelin 10-da İstanbulda keçirilməsi planlaşdırılır. Tərəflər Ukraynadakı münaqişəni müzakirə etməyəcək. Danışıqların mövzusu səfirliklərin işi, eləcə də ölkələr arasında birbaşa uçuşların bərpası olacaq.

Poliqon.info

Chosen
258
14
poliqon.info

10Sources