EN

Xanlar Vəliyev sabah Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək 

   Milli Məclisin gündəliyi dəyişib.

Gündəlikdə olan məsələlərin sayı 21-dən 22-yə çatdırılıb.

Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.//APA
 
   

Chosen
114
13
referans.az

10Sources