EN

Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 200-ü ötüb - YENİLƏNİB » AzadMedia.az


Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb.

Bu barədə Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes brifinq zamanı bildirib.

***

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.

Xilasetmə işləri davam edir. Uçqunun səbəbləri araşdırılır.
Chosen
174
40
azadmedia.az

10Sources