Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
2025-ci ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz olub.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin, ucuzlaşma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil dib.
10Sources
-
fins.azİstehlak qiymətləri indeksi açıqlanıb ( 16505121)
-
nocomment.azÖtən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI ( 16491151)
-
bizim.mediaMartda bu məhsullar bahalaşıb – RƏSMİ ( 16488721)
-
demokrat.azMartda bu məhsullar bahalaşıb — RƏSMİ ( 16486553)
-
news24.azAzərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI ( 16481717)
-
azpost.infoAzərbaycanda inflyasiya 6 faizə çatır ( 16484957)
-
gundem.azBu məhsullar bahalaşdı ( 16484629)
-
vergiler.azİstehlak qiymətləri indeksi açıqlanıb ( 16483875)
-
7news.azMartda bu məhsullar bahalaşıb - Rəsmi ( 16483769)
-
sfera.azAzərbaycanda orta illik inflyasiya göstəriciləri AÇIQLANDI ( 16482671)