EN

Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib

Bakı. Trend:

Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinintəqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Triatlon Federasiyasının (ATF) mətbuat xidmətiməlumat yayıb.

Mərasimdə federasiyanın rəhbəri Fərid Fərhadzadə çıxışındaPrezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını xüsusivurğulayıb. Bildirilib ki, regionlarda yaradılan müasir idmaninfrastrukturu və dövlətin idmana dəstəyi triatlonun inkişafı üçünmühüm imkanlar açır. O, həmçinin Gənclər və İdman naziri FəridQayıbovun triatlona verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Yeni baş məşqçi Oleksandr Mordasov hazırlıq prosesi, kadrpotensialının gücləndirilməsi və beynəlxalq arenada nəticələrinartırılması ilə bağlı planlarını iştirakçılarla bölüşüb.

Daha sonra ATF-nin baş katibi Seymur Hüseynov son iki ilinfəaliyyətini əhatə edən hesabat təqdim edib. Hesabatda yerli vəbeynəlxalq yarışlar, idmançıların nailiyyətləri və federasiyanıngələcək planları yer alıb.

Sonda vitse-prezidentlər və İcraiyyə Komitəsinin üzvləri çıxışedərək, gələcək hədəflər və triatlonun inkişafı ilə bağlı öztövsiyələrini paylaşıblar. Tədbir fikir mübadiləsi və birgəəməkdaşlıq çağırışları ilə yekunlaşıb. Federasiyanın qarşıdakıdövrdə də triatlonun inkişafı və beynəlxalq uğurların artırılmasıistiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.

Chosen
173
7
az.trend.az

10Sources