EN

“100 ən yaxşı müdafiə sənayesi şirkəti” siyahısında 4 Türkiyə şirkəti

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) “100 ən yaxşı müdafiə sənayesi şirkəti” siyahısına 4 Türkiyə şirkəti daxil olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

SİPRİ 2022-ci ildə ən çox silah və hərbi sursat satan 100 ən yaxşı müdafiə sənayesi şirkətini açıqlayıb.

2018-ci ildən bəri olduğu kimi, siyahının başında yenə 5 ABŞ şirkəti – “Lockheed Martin”, “Raytheon Technologies”, “Northrop Grumman”, “Boeing” və “General Dynamics” var.

2022-ci ildə “100 müdafiə sənayesi şirkəti” siyahısına 4 Türkiyə şirkəti daxil olub: ASELSAN (Hərbi Elektronika Sənayesi) 60, “Baykar” 76, Türkiyə Hava və Kosmik Sənayesi 82, “Roketsan” isə 100-cü yerdə qərarlaşıb.

Türkiyə hərbi sənaye şirkətlərinin ümumi gəlirləri 2022-ci ildə 2021-ci ilə nisbətən 22 faiz artaraq 5,5 milyard dollara çatıb.

Chosen
223
1
sia.az

6Sources