EN

Məşhur Nobel mükafatıçısı öldü

Məşhur Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Losa 89 yaşında dünyasını dəyişib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Alvaro bildirib.

“Böyük ağrı ilə sizə xəbər veririk ki, atamız Mario Varqas Losa bu gün Limada ailəsinin əhatəsində dünyasını dəyişib”, - o, X sosial şəbəkəsində yazıb.

Varqas Losa 1936-cı ildə Peruda anadan olub. O, Latın Amerikası nəsrinin “bumu”nun yaradıcılarından biri hesab olunur. 2010-cu ildə Losa "hakimiyyət strukturlarını təsvir etdiyinə və insan müqaviməti, üsyanı və məğlubiyyətinin parlaq obrazlarına görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.

Losa həm də siyasi karyerası ilə tanınırdı. 1990-cı ildə Demokratik Cəbhə partiyasının namizədi kimi Peru prezidentliyinə namizəd olub. O, İspaniya Kral Akademiyasının üzvü, Avropa və Amerikanın bir sıra universitetlərinin fəxri doktoru, Fransanın Fəxri Legion ordeninin laueratıdır. Varqas Losa İspaniya və Peruda ikili vətəndaşlığa sahib idi.

"Cebheinfo.az" 

Chosen
286
2
cebheinfo.az

3Sources