EN

Kəlbəcərdə avtomobil aşdı –Qadın hərbçi həlak olub

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatı araşdırılır.

Məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, “N” saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.

Chosen
314
30
azpost.info

10Sources