EN

İranla İraq neft sənayesində əməkdaşlıq edəcək

İran və İraq neft sənayesi rəsmiləri neft sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıblar.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, aprelin 14-də İraq Baş nazirinin enerji məsələləri üzrə müavini və neft naziri Xayan Abdul-Qani Əl-Savad Bağdadda İranın neft naziri Möhsün Paknejad ilə görüşüb.

Görüş zamanı iki ölkənin birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Chosen
214
2
anspress.com

10Sources