EN

Ermənilər Azərbaycan Ordusu ilə bağlı yalan məlumat yayıb

Ermənilər

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Nazirlik bəyan edir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.

Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.

Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir", - məlumatda deyilir.
Chosen
140
49
reyting.az

10Sources