EN

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ – Faizlərlə bağlı ...

Son illərdə vətəndaşların banklardan kredit almaq istəyi artsa da, kredit şərtlərinin sərtliyi bu prosesi bir çoxu üçün əlçatmaz edir. Xüsusilə aztəminatlı ailələr və aşağı gəlirli şəxslər üçün bank kreditləri, əksinə, maliyyə yükünə çevrilir.


Beləliklə də maraq doğuran suallar ortaya çıxır: Kredit şərtləri niyə bu qədər sərt qaydalarla verilir? Banklar niyə sosial həssas təbəqələr üçün güzəştli imkanlar təqdim etmir? Ekspertlər, vətəndaşlar və bank nümayəndələrinin fikirləri bu məsələyə işıq salır.


Məsələ ilə bağlı deputat Vüqar Bayramov Referans- a  açıqlama verib. Millət vəkilinin bildirib ki, müşahidələrə görə, son dövrlər kredit faizlərində artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri depozit faizlərinin yüksəlməsidir. Eyni zamanda, ümumi kredit xərclərinin artması da faiz dərəcələrinin bahalaşmasına gətirib çıxarır. Bu artım həm istehlak, həm də real sektora yönəldilən kreditlərdə özünü göstərir.


Deputat həmçinin qeyd edib ki, faizlərin yüksək olması ilə yanaşı, banklar kreditləri əsasən faiz ödənişi əsasında formalaşdırırlar. Bu da təbii ki, problem yaradır. Vətəndaş, məsələn, 1 il boyunca kredit ödəyir, lakin kredit bağlanarkən məlum olur ki, ödədiyi vəsaitin böyük hissəsi yalnız faizlərə yönəlib. Əsas borc isə demək olar ki, azalmayıb. Bu səbəbdən kredit ödənişlərinin strukturuna yenidən baxılması vacibdir.




Vüqar Bayramov onu da vurğulayıb  ki, banklar güzəştləri adətən yalnız daimi və ödəmə qabiliyyəti olan müştərilərə tətbiq edirlər. Aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulan güzəştli kreditlər isə əsasən dövlət vəsaiti hesabına maliyyələşdirilir. Azərbaycanda bu məsələ ipoteka kreditləri zamanı daha çox nəzərə çarpır. Kredit zəmanət fondu vasitəsilə xüsusi kateqoriyalı vətəndaşlara güzəştli şərtlər təqdim olunur.


"Lakin ümumilikdə kredit faizlərinin optimallaşdırılması və daha əlçatan şərtlərlə təklif olunması bank sektoru üçün zəruridir",- deyə millət vəkili əlavə edib.


Gülgəz Qədirova

Referans

Chosen
243
28
referans.az

10Sources