Daxili İşlÉ™r Nazirliyinin BaÅŸ DövlÉ™t Yol Polisi İdarÉ™si (BDYPİ) É™lveriÅŸsiz hava ÅŸÉ™raiti ilÉ™ baÄŸlı sürücülÉ™rÉ™ müraciÉ™t edib.Â
Paralel.az ın məlumata görə, qeyri-sabit hava şəraiti, xüsusilə intensiv yağıntılar və güclü küləklə əlaqədar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara aşağıdakıları tövsiyə edir:
- Sürüşkən yol şəraitini nəzərə alaraq sürət həddinə əməl edilməli, nəqliyyat vasitələri arasında ara məsafəsi düzgün saxlanmalı;
- Zəif görünmə şəraitində işıq cihazlarından istifadə olunmalı, qəfil manevrlərdən və ötmələrdən çəkinilməli;
- Piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli;
- Şəxsi nəqliyyat vasitələrindən istifadənin mümkün qədər azaldılması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
BDYPİ bütün yol hərəkəti iştirakçılarını ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.