Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsündə tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Hakimiyyet.az -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sözügedən tuneldə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.