EN

Azərbaycan və Türkiyə təzyiqləri dəf etmək üçün səyləri birləşdirməlidir – Ziyafət Əsgərov

Bakı. Trend:

Aprelin 16-da Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in)Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyiparlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Vurğulanıb ki, qonaqları salamlayan Ziyafət Əsgərov bildirib ki,bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq vədostluğun ən yüksək zirvəsidir və dövlət başçılarımızın imzaladığıŞuşa Bəyannaməsi bu müttəfiqliyimizin hüquqi çərçivəsini təşkiledir.

Ziyafət Əsgərov bildirib ki, müstəqil siyasət yürüdən Türkiyə vəAzərbaycana təzyiqlər var və bu təzyiqləri dəf etmək üçünsəylərimizi birləşdirməli, daha güclü olmalıyıq. O, Azərbaycan vəTürkiyə, həmçinin türk dövlətləri arasında təhlükəsizlik və müdafiəüzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərinibölüşüb.

TBMM-in Milli müdafiə komitəsinin sədri Hulusi Akar bildirib ki,hər iki ölkə milli təhlükəsizliyin qorunması və cəmiyyətin rifahınaminə bütün lazım addımları həyata keçirir. O, Türkiyə iləAzərbaycan arasındakı münasibətlərin səmimiyyət və qardaşlığaəsaslandığını qeyd edərək, Prezident İlham Əliyevin və PrezidentRəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində əməkdaşlığımızın bundansonra daha da inkişaf edəcəyini bildirib.

Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali KiprTürk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksəkqiymətləndirdiklərini vurğulayıb¸ Türk dövlətləri arasındaəməkdaşlığın ortaq təhdidlərə qarşı birgə mübarizə, regionaltəhlükəsizlik və sabitlik baxımından əhəmiyyəti barədə danışıb.

Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikirmübadiləsi ilə davam etdirilib.

Məqalədə:
Chosen
148
7
az.trend.az

10Sources