EN

Azərbaycan milli pavilyonu “Ekspo 2025”də ən gözəl 10 pavilyon sırasında

Bakı. Trend:

Aprelin 13-də Yaponiyanın Osaka şəhərində “Həyatımız üçüngələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society forOur Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işəbaşlayıb.

Trend xəbərverir ki, artıq bir neçə gündür davam edən “Ekspo 2025”də müxtəlifvə gözəl pavilyonlar təqdim edilib.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı iləyaradılan Azərbaycanın milli pavilyonunun da açılışı olub.

"Architecture & Design" nəşrinə görə, Azərbaycan pavilyonusərginin ən gözəl 11 pavilyonu sırasına daxil olub. Azərbaycandanəlavə, ən gözəl pavilyonu olan ölkələr sırasında Özbəkistan,Bəhreyn, Çili, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), SəudiyyəƏrəbistanı, Niderland, Portuqaliya, Qətər, Oman və Çexiya da yeralıb.

Qeyd edək ki, Azərbaycan pavilyonu “Ekspo 2025”in “Həyatlarıəlaqələndirmək” (Connecting Lives) bölməsində yerləşməklə“Dayanıqlı inkişafa doğru yeddi körpü” (Seven bridges forsustainability) mövzusunu əhatə edir. Pavilyonun konsepsiyası dahiAzərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl”poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi,texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamandadialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələrvasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaqmümkündür.

Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycanənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkəmotivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinənəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlifistiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət,memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman vəturizm sahələri ilə tanışlıqla başlayırlar.

Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yeralıb. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yaponağaclarının sintezi olan “Dostluq ağacı”dır.

155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də ümumilikdə165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dəkmüddətdə “Ekspo 2025”ə 28 milyon ziyarətçinin gəlişigözlənilir.

Məqalədə:
Chosen
186
24
az.trend.az

10Sources