İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi məktubunu Rusiya Prezdenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya səfər edib.

İran mənbələri xəbər verir ki, bu barədə o, Moskvaya səfərinin məqsədi barədə danışarkən deyib.
Bildirilib ki, A.Əraqçinin Rusiyaya səfəri zamanı ABŞ-İran arasında Omandakı aprelin 12-də birinci və aprelin 19-da keçiriləcək ikinci görüşlə bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir..Bu, Əraqçinin ikitərəfli əlaqələr çərçivəsində xarici işlər naziri kimi Moskvaya ilk səfəridir.